
Region Liqasında növbəti turun oyunları keçirilib.
Çempionatın «Paytaxt» zonasının «B» yarımqrupunda mübarizə aparan «Difai» də meydana çıxıb.
Qarabağ müharibəsinin iştirakçılarından və qazilərdən ibarət komanda İCBFA-nın qonağı olub. Abşeron Olimpiya Kompleksində keçirilən qarşılaşma ikincilərin qələbəsi ilə yekunlaşıb - 8:2.
Çempionatın bombardiri Eşqin Tağıyev bu dəfə dubla imza atıb və qollarının ümumi sayını 21-ə çatdırıb. «Difai»dən həmçinin Mirkamil Əliyev iki dəfə fərqlənib.
Aydın Qasımovun çalışdırdığı kollektivin dijər qollarını Bəhlul Əliyev, Samir Əliyev və Raqif Eyvazov vurub.
Beləcə, «Difai» ardıcıl uğurlu oyunlarının sayını 8-ə yüksəldib. Debütant maksimum xal ehtiyatı ilə qrupun lideridir.
SPORTİNFO.AZ