Region klubları AFFA-dan pul gözləyir – Bizim 300 manatımız nə oldu?

26 Yanvar 2023 15:00 Region Liqası 729
Region klubları AFFA-dan pul gözləyir – Bizim 300 manatımız nə oldu?

AFFA Region Liqasının cari mövsümündə iştirak edən klublar qarşısında götürdüyü öhdəliyi bugünədək yerinə yetirməyib.

Məsələ ondadır ki, federasiya yarışma iştirakçılarına hər oyuna görə 300 manat ödəməyi öz üzərinə götürsə də, aradan keçən 3 ay ərzində bu istiqamətdə addım atmayıb.

Qurum vədini nə vaxt yerinə yetirəcək? AFFA-dan əldə etdiyimiz məlumata görə, ödəmənin gecikməsi büdcədə mövcud olan vəsait çatışmazlığı ilə əlaqədardır.

Belə ki, yarımhəvəskar çempionatın iştirakçılarına vəsaitin verilməsi öncədən planlaşdırılmayıb. Yəni, bu, son anda alınmış qərardır.

Təşəbbüs federasiyanın baş katibi Sərxan Hacıyevdən gəlib. O, daxili imkanlar hesabına komandalara yardım göstərə biləcəklərini düşünsə də, maliyyəçilər büdcədə əlavə xərclərə yer olmadığını görüb.

Hətta AFFA sonradan ödəmələrin ləğvi barədə liqa təmsilçilərini məlumatlandırmaq istəyib. Di gəl, bu xəbərin icttimaiyyətdə federasiyanın əleyhinə yönələcəyindən ehtiyatlanaraq, geri addım atmayıblar.

Vəd yenə qüvvədədir. Onun həyata keçiriləcəyi tarix isə fevraldan tez olmayacaq. Hər halda AFFA-dan belə deyirlər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti