
Region Liqasında ikinci dövrə start götürüb.
Paytaxt zonasının «B» yarımqrupunda mübarizə aparan «Difai» yeni ilə də uğurlu nəticəylə başlayıb.
İlk 6 turda qələbələri sıralayan debütant növbəti 3 xalı «Cürət»lə qarşılaşmada əldə edib.
Sumqayıt təmsilçisi ilə keçirilən matç 9:1 hesabıyla bitib və yeni yaradılmış komanda bununla liderliyini bir qədər də möhkəmləndirib.
Çempionatın bombardiri Eşqin Tağıyev yenə adını tabloya yazdırıb. Qarabağ qazisi olan hücumçu penta-trikə imza atıb.
“Difai”nin heyətində digər qolları Mirkamil Əliyev və Bayram Paşazadə (hərəyə iki dəfə) vurub.
SPORTİNFO.AZ