AFFA yeni yaranan klubun Şuşanı təmsil etməsinə RAZILIQ VERDİ

20 Yanvar 2023 16:00 Region Liqası 1 867
AFFA yeni yaranan klubun Şuşanı təmsil etməsinə RAZILIQ VERDİ

Region Liqasında mübarizə aparan «Difai»nin təmsilçisi olduğu məkan dəyişib.

Yeni yaranmasına baxmayaraq, çempionatda uğurlu çıxış edən debütant bu ildən Şuşanın idman şərəfini qoruyacaq.

Bu haqda Sportinfo.az-a klubun prezidenti Asəf Məlikov məlumat verib.

I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olmuş komandanın rəhbəri bildirib ki, son dəyişikliklə bağlı AFFA-ya ünvanlanan rəsmi müraciətə müsbət cavab gəlib:

«Şuşanın təmsilçisi olmaq bizim üçün çox mühüm hadisədir. Bunun məsuliyyətini klub olaraq bilirik.

İndiyədək Şuşanın adından bir neçə klub çıxış edib, lakin onların heç biri uğurları ilə yadda qalmayıb. «Difai» isə Region Liqasından başlayaraq, inkişaf yolu seçib.

İlbəil daha da yaxşı nəticələr qazanmaq istəyirik. Artıq bu həftəsonu ikinci dövrə start götürük.

Gələn həftədən «Difai» meydana Şuşanın klubu olaraq çıxacaq. AFFA müraciətimizi nəzərə alıb və bu dəyişikliyi təsdiqləyib».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!