Mübariz Mənsimov “Xəzər Lənkəran 42”nin direktorunu niyə qəbul etmədi?

16 Yanvar 2023 14:00 Region Liqası 1 948
Mübariz Mənsimov “Xəzər Lənkəran 42”nin direktorunu niyə qəbul etmədi?

“Xəzər Lənkəran 42”nin direktoru Höccət Hacıyev Türkiyəyə səfər edib.

Onun qardaş ölkəyə getməkdə məqsədi yaxın qohumu, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşmək olub. F

əqət, Hacıyevin arzusu ürəyində qalıb və kor-peşman geri qayıdıb.

Güman ki, bu, iki səbəblə əlaqədardır. Ya İstanbulda yaşayan və fəaliyyət göstərən iş adamının daha vacib işi çıxıb, ya da ki, yeni klubun direktoru yenə hansısa səhvlərə yol verib.

İkinci versiya daha ağlabatandır. Hər halda məlum olub ki, Hacıyev “Xəzər Lənkəran 42”ni Mənsimovla məsləhətləşmədən yaradıb.

O, bəzi şəxsləri - hansılar ki, reputasiyaları pisdir - idarəçiliyə cəlb edib. Bunun da nəticəsində klubun adı maliyyə maxinasiyaları haqda söz-söhbətlərə bulaşıb (yacın günlərdə oxucularımıza bununla bağlı ətraflı bilgilər verəcəyik).

Bu da məlumdur ki, “Xəzər Lənkəran 42” ciddi problemlə üzləşib. Bu barədə komandanın futbolçuları məlumat verib.

Onların bildirdiyinə görə, ev oyunlarını keçirdikləri “Xəzər Lənkəran” Mərkəzi Stadionunun rəhbərliyi dəyişib.

Yeni idarəçilər burada bərpa-quruculuq işləri görmək istədiyindən, arenanın qeyri-müəyyən müddətə bağlanması gözlə

Hər halda yeni yaradılan klubun nümayəndələrinə belə bir məlumat verilib. Onlar da öz növbəsində futbolçuları gedişatdan xəbərdar ediblər.

“Xəzər Lənkəran 42” Region Liqasında yarışır. Cənub zonasında çıxış edən kollektiv liderlər qrupunda yer alıb.

Klubun direktoru Höccət Hacıyevdir. O, 2004-2016-cı illərdə “Xəzər Lənkəran”da müxtəlif vəzifələr tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti