"Divizionda oynamağa hazırıq, AFFA bu şərti geri çəksə, lap yaxşı olar"

12 Yanvar 2023 11:40 Region Liqası 1 364
"Divizionda oynamağa hazırıq, AFFA bu şərti geri çəksə, lap yaxşı olar"

«AFFA bizi növbəti mövsümdə I Divizionda görmək istəsə, böyük sevinclə «razıyıq» deyəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qala»nın prezidenti Vüsal Məmmədov söyləyib.

Region Liqasında mübarizə aparan komandanın yaradıcısı peşəkar statuslu çempionatında çıxış etməyə hazır olduqlarını bildirib:

«AFFA-nın I Divizionda oyeamaq üçün hansı şərtlər irəli sürməsindən xəbərdarıq. Bilirik ki, burada əsas məsələ 3 illik fəaliyyət dövrüdür.

Yəni, bir komanda mütləq 3 il Region Liqasında oynamalıdır ki, ora iddia etsin. AFFA-nın bu qərarına hörmətlə yanaşırıq.

Necə deyərlərsə, elə də edərik. AFFA bu şərti geri çəksə, lap yaxşı olar. Yenə də məsləhət onlarındır.

Demək istədiyim odur ki, məsləhət özlərinindir. Bizim əsas istəyimiz böyük futbolun Şəmkirə qayıtmasıdır.

Bu rayonun futbol keçmişi var. Onu bərpa eləmək üçün əlimizdən gələni əsirgəmirik».

Digər Xəbərlər
Xəbər Lenti