İcra başçısı yeni yaradılan klubun rəhbərliyini qapıdan geri qaytardı

11 Yanvar 2023 20:00 Region Liqası 1 930
İcra başçısı yeni yaradılan klubun rəhbərliyini qapıdan geri qaytardı

Region Liqasında Şəmkiri təmsil edən “Qala” rayonun rəsmi dairələrinin etinasız münasibəti ilə üzləşib.

Yeni yaradılan klubun rəhbərliyi bir neçə dəfə İcra Hakimiyyətində olsa da, onları burada qəbul edən olmayıb.

İcra başçısı Rəşad Tağıyevla görüşmək istəməyən “Qala”nın funksionerlərina bildirilib ki, o, futbolla maraqlanmır və bu sahəyə diqqət ayırmağa vaxtı yoxdur.

Şəmkir təmsilçisi Region Liqasının debütantları sırasındadır. Şimal-Qərb və Qərb zonasında mübarizə aparan komanda ilk dövrədən sonra liderlər qrupunda yer alıb.

2021-ci ilin sentyabrında görəvinin icrasına başlayan R.Tağıyev hələ bir dəfə stadiona baş çəkərək, “Qala”ya dəstək verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"