
AFFA-dan Region Liqasında mübarizə aparan bölgə komandalarının təmsil etdikləri rayonların İcra Hakimiyyətləri (İH) ilə əlaqə saxlanılıb.
Federasiya yerli rəsmi dairələri növbəti mövsümlə bağlı planları ilə tanış edib.
Qeyd olunub ki, AFFA gələn sezonda I Divizionda iştirakçı sayını artırmağı nəzərdə tutub və bunu əyalət komandalarının hesabına gerçəkləşdirəcək.
Belə ki, üzümüzüə gələn «futbol ili»ndə Premyer Liqa mənsublarının əvəzedici heyətlərinin ayrıca çempionatı təşkil olunacaq, I Divizionda boşalan yeri Region Liqasından gələcək 4 kollektiv tutacaq.
Qurumu maraqlandıran əsas məsələ İcra Hakimiyyətlərinin bu prosesdə AFFA-ya yardımçı olub-olmamasını dəqiqləşdirməkdir. Yəni, federasiya bilmək istəyr ki, I Diviziona buraxılacaq komandalara yerli İH-lər dəstək verəcək, ya yox.
AFFA diqqətə çatdırıb ki, mart ayınadək vaxt var və birinci dəstədə yarışmağa iddialı klublar həmin tarixədək müraciət edə bilər. Yekun qərarı isə İcraiyyə Komitəsi verəcək.
SPORTİNFO.AZ