Azərbaycanda yeni yaranan klubu aldadıblar – Nə sponsor var, nə də…

3 Yanvar 2023 15:00 Region Liqası 1 392
Azərbaycanda yeni yaranan klubu aldadıblar – Nə sponsor var, nə də…

Bir neçə ay əvvəl fəaliyyətə başlayan «Lerik» maliyyə çatışmazlığı ilə üzləşib.

Region Liqasının cənub zonasında mübarizə aparan klub sponsor arayışına çıxıb.

«Bildiyiniz kimi, komandamız sentyabr ayından start götürən Region Liqasının 2022-2023 mövsümünün birinci dövrəsini şərikli lider olaraq başa vurdu.

Komandada olan boşluqları doldurmaq üçün «Lerik»in maliyyə sponsorlarına ehtiyacı var! Yeni mövsümə daha güclü «Lerik» olaraq başlamaq üçün sizin təklifləriniz bizim üçün önəmlidir.

Bununla yanaşı, maliyyə problemlərini aradan qaldırmaq üçün komandamız bu yaxınlarda #BirLİK adlanan ianə kompaniyasına start verdi. 50000 manat hədəfiylə çıxdığımız bu yolda, təəssüf ki, rəqəmlər çox aşağıdır.

Əziz azarkeşlər, gəlin regionda və ən əsas da Lerikimizdə futbolun inkişafı üçün komandamıza dəstək olaq. Hər kəsin göndərəcəyi 1 manat komandanın gələcək fəaliyyətinə böyük təkan vermiş olacaq» - yayılan açıqlamada deyilir.

Buradan aydınlaşır ki, «Lerik»in yaradıcıları aldadılıb. Kimlər ki əvvəlcədən dəstək vəd etmişdi, heç biri sözünün arxasında dayanmayıb.

İstər rəsmilər çevrələr olsun, istər iş dünyasının mənsubları. Yaranmış qeyri-müəyyənlik klubun perspektivini sual altına atır.

Düzdür, funksionerlər saytımıza açıqlamasında «Lerik»in fəaliyyətini dayandırmayacaqlarını, bütün hallarda mövsümü başa vuracaqlarını deyir, lakin sabahkı gün, doğrudan da, dumanlı görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti