Azərbaycanda daha bir klubun “arxa”sından iranlılar çıxdı

28 Dekabr 2022 20:00 Region Liqası 2 252
Azərbaycanda daha bir klubun “arxa”sından iranlılar çıxdı

Azərbaycanda daha bir klubun iranlılar tərəfindən yaradılması məlum olub.

Belə ki, cari mövsümdən Region Liqasında çıxış etməyə başlayan “Rekord”u Arazın o tayından gəlmiş.şəxslər maliyyələşdirir.

Çempionatın paytaxt zonasının “A” yarımqrupunda mübarizə aparan komandanın idarəçiləri və baş məşqçisi bu ölkədən olanlardır. Həmçinin bura bir neçə iranlı futbolçu cəlb olunub.

Region Liqasında yarışan “İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası”nın (İCBFA) da İrana bağlı çevrələrin nəzarətinə keçməsini də xatırladaq.

Paytaxt zonasının «B» yarımqrupunda qüvvəsini sınayan komandaya bu ölkədən olan biznesmen sponsorluq etməyə başlayıb.

Arazın o tayından gələnlər İCBFA-ya iranlı baş məşqçi təyin edib, özləriylə bir neçə iranlı futbolçu gətirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti