Mübariz Mənsimov yeni yaranan kluba aylıq vəsait ayırdı

28 Dekabr 2022 14:20 Region Liqası 4 128
Mübariz Mənsimov yeni yaranan kluba aylıq vəsait ayırdı

«Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov futbola vəsait ayırıb.

Türkiyədə yaşayan iş adamı Region Liqasında debüt edən «Xəzər Lənkəran 42»yə maddi dəstək göstərməyi lazım bilib.

Ona məxsus şirkət tərəfindən yeni yaranmış kluba aylıq 5000-8000 manat civarında ödənilmə edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

«Xəzər Lənkəran 42»ın direktoru Höccət Hacıyev Mübariz Mənsimovun çox yaxın qohumudur. Onlar dayıoğlu-bibioğludurlar.

Hacıyev bir müddət əvvəl saytımıza verdiyi açıqlamada Mənsimovun klubun himayədarları sırasına qoşulmasını istisna etməmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti