"Klubumuz Şuşaya köçməyə, orada stadion tikməyə hazırdır"

26 Dekabr 2022 19:00 Region Liqası 1 443
"Klubumuz Şuşaya köçməyə, orada stadion tikməyə hazırdır"

«Biz yeni ildən etibarən Şuşanı təmsil edəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

Region Liqasında debüt edən klubun rəhbəri təşkilati və sənədləşmə ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyevlə fikir mübadiləsi apardığını bildirib:

«Təklifimizi onun nəzərinə çatdırdım, müsbət qarşıladı. Sərxan müəllim, ümumiyyətlə, «Difai» ilə yaxından maraqlanır.

Onu komandamızın oyununa dəvət eləmişəm. Deyib ki, ilk fürsətdə gəlib kollektivimizlə daha yaxından tanış olacaq.

Hörmətli baş katib bilir ki, «Difai» Vətən müharibəsinin iştirakçıları və qazilərin klubudur. Mən Sərxan müəllimə söylədim ki, «Difai» Şuşaya köçməyə və orada özünə şərait yaratmağa hazırdır.

Bununla bağlı müxtəlif dövlət qurumları ilə əlaqə saxlamışıq. Müəyyən məktublar hazırlamışıq. Nə vaxt Şuşaya köçməyə icazə versələr, onda da biz bu işləri görəcəyik.

Şərt o deyil ki, birdən-birə böyük stadion tikək. Zamanla minimumdan maksimuma doğre gedəcəyik.

Əvvəlcə meydança və futbolçuların qalması üçün yer tikəcəyik, baza quracağıq. Şuşada məskunlaşma başlayandan sonra aharkeş problemimiz olmayacaq.

Bakıda azarkeş toplamaq çətindir. Hələ çox adam bilmir ki, «Difai»nin adının mənası nədir. Mütləq məqsədimiz odur ki, gələn mövsüm Divizionda çıxış edək.

Peşəkar statuslu çempionat başqadır, səviyyəsi yüksəkdir. Region Liqasında uzun müddət qalmaqla inkişafa nail olmaq mümkün deyil.

Klubumuz Bakıda məskunlaşıb, amma düşünürəm ki, bu, müvəqqəti haldır. Qarabağın rayonlarının adından çıxış edən bəzi klublar da var ki, Bakıda oynayır.

«Cəbrayıl»ı, Zəngilan «Çinar»ını misal gətirə bilərəm. Biz real işlər görmək istəyirik və Şuşanın layiqli təmsilçisi olmağa iddialıyıq».

Digər Xəbərlər
Xəbər Lenti