"Qarabağ fatehləri"ndən Region Liqasında SUPER NƏTİCƏ!

25 Dekabr 2022 19:00 Region Liqası 857
"Qarabağ fatehləri"ndən Region Liqasında SUPER NƏTİCƏ!

Region Liqasında ilk dövrəyə yekun vurulub.

Paytaxt zonasının «B» qrupunda mübarizə aparan «Difai» ilin son matçında da qələbəyə sevinib.

Aydın Qasımovun çalışdırdığı debütant «Lokomotiv»i böyükhesabla darmadağın edib – 7:1.

Çempionatın bombardiri Eşqin Tağıyev yenə adını tabloya yazdırmağı bacarıb. Vətən Müharibəsinin qazisi olan hücumçu het-trikə imza atıb və beləliklə, qollarının ümumi sayını 14-ə çatdırıb.

Bununla, Qarabağ iştirakçılarından və qazilərdən ibarət komanda maksimum nəticə əldə edib.

Keçirdiyi bütün oyunları qalibiyyətlə bitirən «Difai» vahid liderdir və pley-off mərhələsinə vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti