Şuşanın Azərbaycan çempionatında təmsilçisi bu komanda olacaq - SON DƏQİQƏI

21 Dekabr 2022 14:40 Region Liqası 2 364
Şuşanın Azərbaycan çempionatında təmsilçisi bu komanda olacaq - SON DƏQİQƏI

Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın ölkə çempionatında öz komandası olacaq.

Belə ki, yeni yaranan «Difai» 2023-cü ilin əvvəlindən bu şəhəri təmsil edəcək.

Redaksiyamıza daxil olan məlumata görə, Region Liqasının debütantı bu istiqamətdə müəyyən işlər görüb. AFFA da daxil, müxtəlif qurumlarla bundan irəli gələn məsləhətləşmələr aparılıb, məktublar göndərilib.

«Difai» Region Liqasının ən uğurlu iştirakçılarından biridir. Paytaxt zonasının «B» yarımqurupunda qüvvəsini sınayan komanda birinci yerdədir.

5 tura 15 xal toplayan kollektiv faktiki olaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

«Difai» Vətən Müharibəsi iştirakçıları və qazilərin klubudur. II Qarabağ savaşında ermənilərə qarşı döyüşmüş xeyli sayda əsgər və könüllü hazırda bu komandanın şərəfini qoruyur.

«Difai»nin prezidenti I Qarabağ müharibəsində bir sıra uğurlu əməliyyatlarda ciddi rolu olan peşəkar hərbçi Asəf Məlikovdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti