UEFA-nın Azərbaycanda keçirəcəyi turnir üçün gələcək komandalar - ADLAR

10 İyun 2022 02:00 Region Liqası 1 601
UEFA-nın Azərbaycanda keçirəcəyi turnir üçün gələcək komandalar - ADLAR

Azərbaycanda keçiriləcək futbol üzrə UEFA Region Kuboku üçün ölkəmizə gələcək komandaların adları bilinib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın həvəskar Region Liqasının qalibi “Cəbrayıl”ın 2-ci qrupdakı rəqibi “Kolos” (Belarus) olacaq.

Bu komandalar arasında oyunlar Şamaxı şəhər stadionunda keçiriləcək.

Bakıdakı “ASK Arena”da isə 1-ci qrupda mübarizə aparan “Basiani” (Gürcüstan), “Kaskelen” (Qazaxıstan) və “Tallin Zapoos” (Estoniya) klubları oynayacaqlar.

Qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. 1-ci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, 2-ci qrupdakı komandalar isə iki dəfə bir-birini sınağa çəkəcək.

İyunun 29-da qrup qalibləri Şamaxıda final qarşılaşmasına çıxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti