“Cəbrayıl"ın “Xan Lənkəran”dan istədiyi 5 FUTBOLÇU - ADLAR

29 May 2022 19:00 Region Liqası 2 031
“Cəbrayıl"ın “Xan Lənkəran”dan istədiyi 5 FUTBOLÇU - ADLAR

Region Liqasının kubokunu başı üzərinə qaldıran “Cəbrayıl” UEFA Region Kubokunda da uğur qazanmağı hədəfləyib.

Qarabağ təmsiçisi bunun üçün heyətini gücləndirmək niyyətindədir.

Klubun prezidenti Cavid Hüseynov heyətin genişləndirilməsi yönündə çalışmalara start verib. O, saytımıza açıqlamasında “Qusar”ın 2, “Xan Lənkəran”ın 5 futbolçusunu icarəyə götürmək istədiklərini bildirib.

Sportinfo.az “Cəbrayıl”ın “Xan Lənkəran”ın “elçi düşdüyü” futbolçularının adını əldə edib.

Belə ki, komandanın həm də baş məşqçisi olan Cavid Hüseynov bu futbolçuların xidmətində maraqlıdır: Elşən Rzazadə, İlyas Səfərzadə, Mahsun Qəmbərli, Zaur Nuruzadə, Aqşin Paşayev.

Di gəl, cəbrayıllıların istəyi baş tutmaya bilər. İş burasındadır ki, UEFA Region Kubokunda iştirak edəcək futbolçuların son 2 mövsümü peşəkar statusla oynaması qadağandır.

“Cəbrayıl” bu adlarla bağlı ətraflı yoxlanış etdikdən sonra “Xan Lənkəran”a müraciət edəcək.

Azərbaycan çempionu sözügedən yarışda ilk oyununu iyunun 24-də Belarus təmsilçisinə qarşı keçirəcək. Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti