“Xan Lənkəran”ın prezidenti “Cəbrayıl”ın rəhbərinə elə münasibət göstərib ki...

28 May 2022 16:40 Region Liqası 1 342
“Xan Lənkəran”ın prezidenti “Cəbrayıl”ın rəhbərinə elə münasibət göstərib ki...

“Pərviz Hüseynovla çox gözəl münasibətim var. Sıx əlaqədəyik, tez-tez telefonla danışırıq”.

“Cəbrayıl”ın prezidenti Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”dakı həmkarı Pərviz Hüseynovla qardaş münasibətində olduğunu bildirib.

Cəbrayıl təmsilçisi iyunda UEFA Region Kubokunda Belarus komandası ilə qarşılaşacaq.

Turnirdə mümkün qədər irəliləməyi hədəf seçən Azərbaycan çempionu artıq indidən heyətin gücləndirilməsi prosesinə start verib.

Güclənmədə əsas dəstək “Xan Lənkəran”dan gələcək. Belə ki, Cavid Hüseynov cənubluların 5 futbolçusunu komandasında görmək istəyir. Bunun üçünsə klubun rəhbəri Pərviz Hüseynovun razılığı olmalıdır.

Cavid bəy bu mənada problem yaşanacağına inanmır:

“Pərviz müəllimlə finaldan öncə də, sonra da danışmışdıq. Hətta qalib olduğumuz görüşdən sonra bizi təbrik edərək UEFA Region Kubokunda hər cür dəstək verməyə hazır olduğunu söylədi.

Hətta dedi ki, hansı futbolçuları istəsən, söylə, bütün komandam ixtiyarındadır. Mən də açıq şəkildə 5 futbolçuya ehtiyac duyduğumuzu bildirdim.

Odur ki, bu məsələdə problem olacağını düşünmürəm”.

“Cəbrayıl” beynəlxalq turnirdə ilk görüşünü iyunun 24-də Belarus komandasına qarşı keçirəcək ki, rəqibini Şamaxı şəhər stadionunda qəbul edəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti