Naxçıvan futbolu ilə bağlı QALMAQALLI HADİSƏ

26 May 2022 00:50 Region Liqası 1 372
Naxçıvan futbolu ilə bağlı QALMAQALLI HADİSƏ

Region Liqasının Naxçıvan üzrə zona yarışında mübarizə aparan “Arpaçay” sosial şəbəkə hesabında bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bölgə çempionatını 2-ci pillədə başa vuran klub “Araz Naxçıvan“la bağlı narazılığını burada ifadə edib:

“AFFA-nın İntizam Komitəsinin 18.05.2022-ci il qərarına əsasən 15.05.2022-ci ildə baş tutan “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununun nəticəsini dəyişən səbəbdən, sizə bildiririk ki, həmin peşəkar futbolçular Region Liqasının Naxçıvan zonasında 2-ci dövrə başlayandan çıxış edirlər və hətta 1-ci dövrədən təxirə salınan oyunlarda belə iştirak ediblər.

Bu səbəbdən sizdən xahişimiz odu ki, “Araz Naxçıvan”ın oyunlarının bütün protokollarını araşdırasız (20.03.2022-də baş tutan “Araz Naxçıvan” – “Arpaçay" oyununda qapıçı Elməddin Məmmədov meydanda idi.

Amma 30.03.2022-də rəsmiləşməsi var). Doğru araşdırmadan sonra bu təsdiqini taparsa, turnir cədvəlini ikinci olaraq tamamlayan Şərurun “Arpaçay” komandası Region Liqasının yarımfinalına vəsiqə qazanmalıdır. Ədalətli qərar verəcəyinizə inanırıq”.

AFFA İntizam Komitəsi Region Liqasının yarımfinalında “Xan Lənkəran”ı 2:1 hesabıyla üstələyərək adını finala yazdıran “Araz Naxçıvan”ın nəticəsini ləğv edib və 0:3 hesablı texniki məğlubiyyət verib.

Səbəb Azər Bağırovun komandasının heyətində meydana peşəkar futbolçuların çıxmasıdır. Naxçıvan təmsilçisi 3-cü yer uğrunda oyunda “Qusar”la üz-üzə gəlib və meydandan 2:1 hesablı qələbəylə ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti