"Xan Lənkəran"ın ikinci "qurban"ı - VİDEO+FOTOLAR

26 Aprel 2022 11:00 Region Liqası 1 550
"Xan Lənkəran"ın ikinci "qurban"ı - VİDEO+FOTOLAR

Məlum olduğu kimi, Region Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, çempionluğun əsas namizədlərindən sayılan «Xan Lənkəran» öz meydanında «Füzuli»ni qəbul edib.

İlk görüşdə 3:1 hesablı qələbə qazanan cənublular bu dəfə də azarkeşlərini sevindirib. İbrahim Uzuncanın çalışdırdığı komanda rəqibini 3:0 üstələyib.

«Ağ-yaşıllar»ın heyətində Məhəmməd Xəlilov, İlyas Səfərzadə və Elvin Hüseynzadə fərqlənib.

Lənkəranlıların bundan öncə Qusar «Şirvanovka»sını mübarizədən kənarlaşdırmasını yada salaq.

«Xan Lənkəran» yarımfinalda Naxçıvan bölgəsinin lideri olan «Araz-Naxçıvan»la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM