Azərbaycanda hakimlərin döyülməsinə səbəb olan epizodun ÖZƏL VİDEOSU

25 Aprel 2022 15:00 Region Liqası 1 552
Azərbaycanda hakimlərin döyülməsinə səbəb olan epizodun ÖZƏL VİDEOSU

Region Liqasının 1/4 final mərhələsinin "Cəbrayıl" - "Energetik" arasında dünən baş tutan cavab matçında yaşanan qalmaqal futbol ictimaiyyətində böyük rezonans doğurdu.

Belə ki, hakimin yalnış qərarlarına etiraz olaraq qonaq futbolçular hakimə sərt narazılıqların bildirmiş və bu əsnada hətta hakim təpik-yumruq zərbələrinə də məruz qalıb. Sonda matç yarımçıq dayandırılmalı olub.

Mingəçevir təmsilçisi matç ərzində hakimin bir çox qərarlarından narazı qalıblar. Bardağı daşıran son epizod isə qonaqların futbolçusuna qarşı cərimə meydançasında edilən qayda pozuntusan görə onbir metrlik cərimə zərbəsinin verilməməsi olub.

Həmin epizodun özəl videosun sizə təqdim edirik.

Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!