"Xan Lənkəran" yarım-yarım… VİDEOREPORTAJ

25 Aprel 2022 13:40 Region Liqası 1 379
"Xan Lənkəran" yarım-yarım… VİDEOREPORTAJ

Region Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, çempionluğun əsas namizədlərindən olan «Xan Lənkəran» öz meydanında «Füzuli»ni qəbul edib.

İlk görüşdə 3:1 hesablı qələbə qazanan cənublular bu dəfə də azarkeşlərini sevindirib. İbrahim Uzuncanın çalışdırdığı komanda rəqibini 3:0 üstələyib.

«Ağ-yaşıllar»ın heyətində Məhəmməd Xəlilov, İlyas Səfərzadə və Elvin Hüseynzadə fərqlənib.

«Xan Lənkəran» yarımfinalda Naxçıvan bölgəsinin lideri olan «Araz-Naxçıvan»la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM