"Xan Lənkəran" və "Qusar" yarımfinalda, "Cəbrayıl"la "Energetik"in işi AFFA-ya qaldı

25 Aprel 2022 01:10 Region Liqası 1 981
"Xan Lənkəran" və "Qusar" yarımfinalda, "Cəbrayıl"la "Energetik"in işi AFFA-ya qaldı

Region Liqasının 1/2 finalının cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Xan Lənkəran" "Füzuli"nin 3:0 hesabı ilə məğlub edib.

Ümumi hesabda 6:1 qələbə qazanan cənub təmsilçisi yarımfinala vəsiqə qazanıb.

"Qusar" da "Ağsu Siti" ilə qarşılaşıb. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk matçda da 3:2 qələbə qazanan qusarlılar yarımfinala vəsiqə qazanıbr.

"Cəbrayıl" - "Energetik" matçında dava düşüb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. Çoxlu sayda azarkeşin izlədiyi qarşılaşmanın son dəqiqələrində dava düşüb.

Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakim Rövşən Rəcəbova etiraz edib, daha sonra onu döyüblər.

Buna səbəb onun “Cəbrayıl”ın qapısına penalti verməməsidir. Dava-dalaşa gətirib çıxaran epizod nominal ev sahiblərinin cərimə meydançası daxilində yaşanan hadisəyə görə bu həddə çatıb.

“Cəbrayıl”ın müdafiəçisi “Energetik”in hücumçusunu yerə çıxıb və R.Rəcəbov ona ikinci sarı vərəqədən “qırmızı“ göstərib.

Lakin “fit sahibi“ qayda pozuntusunun cərimə meydançasından kənarda baş verməsini iddia edərək, “Cəbrayıl“ın qapısına penalti təyin etməyib.

Bundan sonra qarşılaşma dayandırılıb.

Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Böyük ehtimalla, AFFA İntizam Komitəsi “Energetik”in futbolçularına sərt cəza kəsəcək, komandaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.

Yarımfinalda "Xan Lənkəran" "Araz Naxçıvan"la "Qusar" "Cəbrayıl" - "Energetik" cütünün qalibi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti