Bu gün Region Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Binə qəsəbə stadionunda keçirilən “Cəbrayıl” - “Energetik” matçı, gözlənildiyi kimi, maraqlı və gərgin alınıb.
Çoxlu sayda azarkeşin izlədiyi qarşılaşmanın son dəqiqələrində dava düşüb. Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakim Rövşən Rəcəbova etiraz edib, daha sonra onu döyüblər.
Buna səbəb onun “Cəbrayıl”ın qapısına penalti verməməsidir. Dava-dalaşa gətirib çıxaran epizod nominal ev sahiblərinin cərimə meydançası daxilində yaşanan hadisəyə görə bu həddə çatıb.
“Cəbrayıl”ın müdafiəçisi “Energetik”in hücumçusunu yerə çıxıb və R.Rəcəbov ona ikinci sarı vərəqədən “qırmızı“ göstərib.
Lakin “fit sahibi“ qayda pozuntusunun cərimə meydançasından kənarda baş verməsini iddia edərək, “Cəbrayıl“ın qapısına penalti təyin etməyib.
Bundan sonra qarşılaşma dayandırılıb.
Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Böyük ehtimalla, AFFA İntizam Komitəsi “Energetik”in futbolçularına sərt cəza kəsəcək, komandaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.
Həmin görüntüləri bu linə daxil olaraq izləyə bilərsiz:

