"Xan Lənkəran"ı yaradan insanların böyük hədəfləri var"

23 Aprel 2022 19:00 Region Liqası 1 493
"Xan Lənkəran"ı yaradan insanların böyük hədəfləri var"

«Region Liqasında güclü və maraqlı komandalar var.

Mən əminəm ki, onlar Divizionda çox rahatlıqla mübarizə apara bilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın baş məşqçisi İbrahim Uzunca deyib.

Uzun illərdir ölkəmizdə yaşayan, 2015-ci ildə «Bakı»nı çalışdıran türkiyəli mütəxəssis Region Liqasında ikinci mövsümünü keçirir.

«Xan Lənkəran»dan əvvəl Quba «Şahdağ»ının sükanı arxasında dayanmış Uzunca bölgələrdə fəaliyyət göstərən komandaların I Divizionda iştirakını zəruri hesab edir:

«Rayonlarda futbolu çox sevirlər. Deyim elə Lənkəranı. Elə məşqimiz olmur ki, onlarla, yüzlərlə azarkeş gəlib izləməsin.

Hara gedirik, bizimlədilər. Lənkəran futbolunun ənənəsi var, yerli camaat Premyer Liqa üçün darıxıblar.

«Xan Lənkəran»ı yaradan insanların böyük hədəfləri var. Planlı şəkildə klubu inkişaf etdirmək istəyirlər.

Ümid edirəm ki, AFFA «Xan Lənkəran»ı Diviziona buraxacaq. Daha bir neçə rayon komandası var, onların da perspektivini görürəm. Hər zonadan iki-üç komandanı Diviziona gətirmək olar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti