Bazar günü anşlaq olacaq – RƏQİBƏ “CƏHƏNNƏM PLANI" HAZIRLANIR

23 Aprel 2022 17:00 Region Liqası 1 295
Bazar günü anşlaq olacaq – RƏQİBƏ “CƏHƏNNƏM PLANI" HAZIRLANIR

Bazar günü Region Liqasında yarımfinalçıların adına aydınlıq gələcək.

Yarışın sona yaxınlaşması, üstəlik, iştirakçıların bölgələri təmsil etməsi oyunlara hədsiz maraq yaradıb.

Maraqlı və prinsipial qarşılaşmalardan biri Binə stadionunda baş tutacaq.

Ötən bazar Mingəçevirdə yerli “Energetik” üzərində 2:1 hesablı qələbəyə sevinən “Cəbrayıl” bu dəfə rəqibini Binədə qəbul edəcək.

Aprelin 24-də Binədə anşlaq olacaq. Həftəboyu təbliğat işləri aparılıb ki, Bakıda yaşayan cəbrayıllılar matç günü özünü sözügedən qəsəbəyə çatdırsın.

Klubun azarkeş qrupunun olması və fan-kluba yeni üzvlərin qəbulu da tribunalardakı vəziyyəti indidən təsəvvür etməyə imkan verir.

Əldə etdiyimiz bilgiyə görə, “Cəbrayıl” fanatları stadionu rəqib komandası üçün “cəhənnəmə” döndərmək üçün ciddi iş görür. Müxtəlif şüarlar səsləndiriləcək, arena petardlar vasitəsi ilə tüstüyə bürünəcək.

Binədəki stadionun azarkeş tutumu 600 nəfərdir. Tribunaların dolacağına şübhə etməyə dəyməz.

Növbəti mövsümdə Birinci Divizionda oynamaq üçün alışıb-yanan işğaldan azad olunmuş rayonun təmsilçisi yarımfinala, ardınca finala yüksəlib Region Liqasının qalibi olmağı hədəfləyib.

Region Liqasının 1/4 final mərhələsi çərçivəsində “Cəbrayıl”la “Energetik” arasında baş tutacaq cavab qarşılaşması aprelin 24-ü, saat 16.00-da Binə qəsəbə stadionunda başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti