Mingəçevir İcra Hakimiyyəti Region Liqasında mübarizəni davam etdirən “Energetik“ə heç bir dəstək göstərmir.
Bu barədə Sportinfo.az-a klubun məşqçisi Azər Həşimov bildirib.
O, yerli rəsmi dairələrlə yanaşı, şəhəri təmsil edən millət vəkillərinin də komandaya biganə yanaşdığını bildirib:
“Onlardan diqqət görmüşük. Belə vəziyyətdə Region Liqasında bura qədər gəlməyin özü böyük qəhrəmanlıqdır.
¼ final mərhələsinin ilk oyununda “Cəbrayıl“a uduzduq. İlk hissədə uşaqlar öz oyununu göstərməkdə çətinlik çəkirdi.
İkinci yarı başlayan kimi qapımızda kuryoz qol görsək də, cərimə zərbəsindən baxımlı qol vurduq. Qələbə topu üçün irəli atılıb qol şanslarımızı boşa verincə, həmin topu rəqib vurdu.
Cavab oyununa ümidimiz var. Komandamıza dəstək verən olsa, bundan hamı ruhlanar. Təəssüf, bizimlə maraqlanan yoxdur“.

