"Xan Lənkəran" aprelin 24-də Region Liqasının 1/4 final mərhələsininin cavab oyunları çərçivəsində "Füzuli"ni qonaq edəcək.
Cənub təmsilçisi ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edib.
"Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcək həlledici görüş "ağ-yaşıllar"ı yarımfinala daşıyarsa, 15 min manat qazanacaqlar. Bu, klub rəhbərliyinin onlara vəd etdiyi mükafatdır.
Belədə "Xan Lənkəran" Naxçıvan bölgəsinin lideri olan "Araz-Naxçıvan"la finala vəsiqə uğrunda üz-üzə gələcək.
SPORTİNFO.AZ

