Bölgə klubu şəhidin xatirəsinə bu cür ehtiram göstərdi - FOTOLAR

19 Aprel 2022 01:20 Region Liqası 2 853
Bölgə klubu şəhidin xatirəsinə bu cür ehtiram göstərdi - FOTOLAR

44 günlük Vətən müharibəsində şəhid olmuş Atiq Ariz oğlu İbrahimovun xatirəsi Region Liqası oyununda anılıb.

Sportinfo.az xəbər verir ki, bu, Mingəçevir təmsilçisi "Energetik" ilə “Cəbrayıl” arasındakı 1/4 final mərhələsinin ilk oyununda baş tutub.

"Energetik"in oyunçuları meydana şəhidin üstündə şəkli əks olunan formalarla çıxıblar.

Start fitindən əvvəl İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşma "Cəbrayıl"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Komandalar arasındakı cavab qarşılaşması Sumqayıtda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!