“Heç Premyer Liqada bu cür atmosfer olmur” – Region Liqasının məşqçisi

18 Aprel 2022 20:00 Region Liqası 5 774
“Heç Premyer Liqada bu cür atmosfer olmur” – Region Liqasının məşqçisi

“Mingəçevirdə əsl futbol bayramı yaşandı, stadion demək olar dolmuşdu.

Açıq danışsaq, heç Premyer Liqada bu cür atmosfer olmur. Hər bir azarkeşimizə təşəkkür edirəm”.

Region Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Mingəçevirdə baş tutan “Energetik” – “Cəbrayıl” qarşılaşmasından (1:2) sonra meydan sahiblərinin məşqçisi Azər Həşimov Sportinfo.az-a açıqlama verib.

Gənc çalışdırıcı meydana qələbə üçün çıxdıqlarını desə də, məğubiyyətdən üzüldüklərini bildirib. Lakin cavab oyununda komandaya inanır, mərhələ adlayacaqlarına böyük ümid bəsləyirlər.

Həşimovu ən çox sevindirən pulsuz komandanın pley-offda dirəniş göstərməsidir:

“Bu komanda 1 qəpiksiz qrupu lider kimi başa vurub, pley-offda ilk mərhələni aşıb bura qədər gəlib.

Hələ heç nə bitməyib. “Energetik” səfərdə daha yaxşı oynayır. Allahın izni ilə mərhələni adlayan tərəf biz olarıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol