«Xan Lənkəran» Region Liqasının ¼ final mərhələsində ilk oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, İbrahim Uzuncanın çalışdırdığı komanda Bakıda «Füzuli»nin qonağı olub.
Görüş cənub təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Lənkəranlıların heyətində Röyal Nəcəfov dubla imza atıbsa, daha bir dəfə İlyas Səfərzadə fərqlənib.
Nominal meydan sahiblərindən isə Emin Mustafayev təsəlli qoluna imza atıb.

