"Xan Lənkəran", "Qusar" və "Cəbrayıl" səfərdə qələbə qazandı

18 Aprel 2022 00:40 Region Liqası 990
"Xan Lənkəran", "Qusar" və "Cəbrayıl" səfərdə qələbə qazandı

Region Liqasında ¼ final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, çempionluğa əsas iddialılardan "Xan Lənkəran" Bakıda "Füzuli" ilə qarşılaşıb.

Cənub təmsilçisi ilk matçıdan 3:1 hesablı qələbə ilə ayrılıb.

Cavid Hüseynovun prezidenti və baş məşqçisi olduğu "Cəbrayıl" Mingəçevirdə "Energetik"i üstələyib – 2:1.

FİFA meneceri Kamil Məmmədovun yaratdığı və çalışdırdığı "Qusar" da Ağsu səfərindən qalibiyyətlə dönüb. Şimal komandası yerli "Ağsu Siti"yə 2:1 hesabıyla qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO