Problem yarandı, "Xan Lənkəran" yolunu dəyişdi, Füzuliyə getməli olmadı

16 Aprel 2022 23:20 Region Liqası 1 325
Problem yarandı, "Xan Lənkəran" yolunu dəyişdi, Füzuliyə getməli olmadı

Sabah Region Liqasında ¼ final mərhələsinə start veriləcək.

Bu raundda "Füzuli" ilə qarşılaşan "Xan Lənkəran" sabah adıçəkilən komandanın təmsil etdiyi eyniadlı rayona yollanmayacaq.

Səbəb odur ki, Füzullinin Horadiz qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin stadion yararsız hala düşüb.

Son vaxtlar burada müxtəlif tədbirlər keçirildiyindən, "Füzuli" AFFA-ya müraciət ünvanlayaraq, rəqibini Bakıda qonaq etmək istədiyini bildirib.

Federasiya bölgə təmsilçisinin xahişini yerə salmayıb, beləcə, görüş yeri olaraq "ASK Arena" seçilib. Matç saat 17:00-da start götürəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti