Region Liqasında mübarizə aparan « Xan Lənkəran » çempionatda yaranmış fasilədən istifadə edərək, yoxlama görüşü keçirib.
Sportinfo.az xəbər verir ki, cənub bölgəsinin iddialı təmsilçisi «Xəzər Lənkəran» Mərkəzi Stadionunda «Xəzri Buzovna» ilə üz-üzə gəlib.
İbrahim Uzuncanın çalışdırdığı komanda Bakıətrafı qəsəbə təmsilçisini 2:0 hesabı ilə üstələyib. Ev sahiblərinin heyətində Röyal Nəcəfovla Elşən Hüseynzadə fərqlənib.

