“Araz Naxçıvan” səxavət kisəsinin ağzını açdı – O qədər maaş verirlər ki…

12 Aprel 2022 15:00 Region Liqası 3 657
“Araz Naxçıvan” səxavət kisəsinin ağzını açdı – O qədər maaş verirlər ki…

Yeni mövsümdən I Divizionda çıxış edəcək “Araz Naxçıvan” çempionluq uğrunda mübarizə aparacaq.

Muxtar Respublika təmsilçisi ölkənin peşəkar futbol səhnəsinə iddialı qayıdır.

Büdcə bunun üçün yetərlidir – AFFA-dan maddi-mənəvi dəstək alan bölgə klubu 700 min manatlıq «xəzinə» ilə yola çıxır.

“Araz Naxçıvan”ın müəyyənləşdirdiyi maaş fondu da maraq doğurur. Maksimum əməkhaqqı 2000-2500 manat civarında dəyişir.

Yeni baş məşqçi Azər Bağırov ona yaradılan bu şəraitdən artıq yararlanmağa başlayıb.

Son olaraq Maldivdə - “TC Sport”da çıxış etmiş qapıçı Elməddin Məmmədov, U-21 yığmamızın hücumçusu Orxan Əliyev, “Qəbələ” və “Sumqayıt”da forma geyinmiş Elvin Dəmirov və “Neftçi”nin yetirməsi Əsgər Hüseynov artıq “Araz”ın yolunu tutub.

Naxçıvan klubu düşərgəyə Ukraynadan da futbolçu dəvət edib. Birinci liqada mübarizə aparan "Kremen"in futbolçusu Tuqay Əlizadə hazırda buradadır.

“Şaxtyor” yetirməsi olan 19 yaşlı yarımmüdafiəçi “Mariopol”da da oynayıb və 2021-ci ildən “Kremen”ə keçib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti