Mənsimov "Xəzər Lənkəran"ı iranlı iş adamlarının ixtiyarına verdi

12 Aprel 2022 10:40 Region Liqası 3 550
Mənsimov "Xəzər Lənkəran"ı iranlı iş adamlarının ixtiyarına verdi

«Xəzər Lənkəran» rəhbərliyi eyniadlı stadionu icarəyə verib. Amma gözlənilənlərin əksinə olaraq, «Xan Lənkəran»a yox.

Birincilərin prezidenti Mais Mənsimov ötən ilin yayında yaradılan və hazırda Region Liqasında çıxış edən klubun rəhbərliyinin təklifini geri çevirib.

Mübariz Mənsimovun kiçik qardaşı iranlı iş adamlarının 1 illik fasilədən sonra fəaliyyətini bərpa etdiyi «Alyans»FK ilə anlaşmaya gedib.

Tərəflər arasında razılaşmaya əsasən, arena gələn ilin yayınadək adıçəkilən komandanın sərəncamında olacaq.

Bəs «Xan Lənkəran» nə edəcək?

Növbəti mövsüm I Divizionda mübarizə aparmağı planlaşdıran klub yenə «Xəzər Lənkəran» Mərkəzi Stadionunun xidmətindən yarlanacaq. Sadəcə, burada keçirdikləri hər oyuna və məşqə görə ödəniş etməklə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti