«Məqsədimizə doğru yavaş-yavaş irəliləyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın baş məşqçisi İbrahim Uzunca deyib.
Cənub zonasının lideri Region Liqasında ¼ final mərhələsinə yüksəlib. Bundan əvvəlki etapda «Şirvanovka»ya qalib gələn «ağ-yaşıllar» bu turda «Füzuli» ilə münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyəli çalışdırıcı çempionluğu hədəflədiklərini bildirib:
«Bütün planlarımız bu yöndədir. Qrupdan çıxdıq, Qusar komandasını keçdik, indi də «Füzuli»yə gücümüzü göstərmək istəyirik.
Mən özümə, futbolçularıma, rəhbərliyimə, azarkeşlərimizə inanıram. Bizə çempionluq yaraşır. İki mərhələni də keçsək, finaldayıq.
Region Liqasında ən güclü 8 komanda indi bir-biriylə üz-üzə gəlir. Finalda rəqibimiz kim olur-olsun, kuboku Lənkərana aparmaq niyyətindəyik».

