AFFA region komandalarını bir həftə gözlətməyi qərara aldı

8 Aprel 2022 09:40 Region Liqası 1 058
AFFA region komandalarını bir həftə gözlətməyi qərara aldı

AFFA Region Liqasının ¼ final mərhələsinin oyunlarını təxirə salıb.

Sabah və birisigün gün keçirilməli olan qarşılaşmalar gələn həftəsonu baş tutacaq.

Ertələməyə səbəb hava şəraitinin son günlər qeyri-sabit keçməsi və meydança problemidir.

ilk turda "Şirvanovka"nı üstələyən (3:0, 1:1) "Xan Lənkəran" bu etapda "Füzuli" ilə üz-üzə gələcək.

"Cəbrayıl" yarımfinala çıxmaq üçün "Energetik"lə qarşılaşacaq. Digər cütdə "Ağsu Siti" - "Qusar" yarışacaq.

Naxçıvan bölgəsinin qalibi birbaşa yarımfinal məərhələsində bu mübarizəyə qoşulacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO