"Mən maaşımı açıqlasam, bu, onlara qarşı tərbiyəsizlik olar"

7 Aprel 2022 11:40 Region Liqası 1 167
"Mən maaşımı açıqlasam, bu, onlara qarşı tərbiyəsizlik olar"

«İndiki zamanda günə 1 manat qazanmayan insanlar var.

Mən maaşımı açıqlasam, bu, onlara qarşı tərbiyəsizlik olar».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın baş məşqçisi İbrahim Uzunca deyib.

Ötən ilin dekabrında Region Liqası klubunun sükanı arxasına keçən türkiyəli mütəxəssis bağladığı müqavilənin maliyyə şərtləri barədə danışmaq istəməyib.

Cənub təmsilçisindən hər ay 5000 manat məvacib alması barədə yayılan iddiaları nə təsdiq, nə də təkzib edən çalışdırıcı bunları söyləyib:

«Uzun illərdir Azərbaycandayam və burada gördüyüm işlərdən, mənə göstərilən münasibətdən çox razıyam. Əsas olan budur.

Lənkəranın böyük futbol ənənəsi var və hazırda baş məşqçisi olduğum klub çox iddialıdır.

Birgə uzun yola çıxmışıq və şübhə etmirəm ki, böyük məqsədlərə çatacağıq.

Məni Region Liqasının ən ödənişli baş məşqçisi adlandırırlar. Amma mənim üçün pul-para bir nömrəli məsələ deyil».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti