Lənkəranda yeni klub yaradan iş adamının məqsədi nədir?

6 Aprel 2022 14:40 Region Liqası 1 671
Lənkəranda yeni klub yaradan iş adamının məqsədi nədir?

”Klubumuzun prezidenti xaricdə yaşayır və orada qazandığı pulu Azərbaycan futboluna xərcləyir”.

Bu sözləri ”Sportinfoo TV”yə açıqlamasında ”Xan Lənkəran”ın vitse-prezidenti Rəhman Abbasov söyləyib.

O, Pərviz Hüseynovun yeni klubu yaratmasını futbola olan sevgisi ilə bağlayıb:

”Pərviz müəllim uşaq yaşlarından idmana böyük maraq göstərib. Həmişə ”Xəzər Lənkəran”a azarkeşlik edib.

Ona görə də iş həyatına başlayandan sonra qazandığı vəsaiti futbola xərcləməyi lazım bildi. "xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra Lənkəranın futbolsuz qalması ona pis təsir edirdi.

O, istəyir ki, yeniyetmə və gənclər idmanla məşğul olsun, pis vərdişlərdən uzaq dursun.

Fikrimcə, Pərviz müəllimin futbola vəsait xərcləməsi digər rayonların iş adamlarının da idmana dəstək verməyə təşviq edəcək.

İkinci, üçüncü, dördüncü belə insan üzə çıxacaq və onlar da öz rayonlarında idmanın inkişafına kömək edəcək.

Şərt o deyil ki, futbola vəsait qoysunlar. Bu, digər idman növləri də ola bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti