"Xan Lənkəran"ın rəhbərindən Divizionda iştirakla bağlı VACİB AÇIQLAMA

5 Aprel 2022 15:00 Region Liqası 1 398
"Xan Lənkəran"ın rəhbərindən Divizionda iştirakla bağlı VACİB AÇIQLAMA

«İndi əsas məqsədimiz Divizionda çıxış etməkdir».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Xan Lənkəran»ın vitse-prezidenti Rəhman Abbasov deyib.

Region Liqasında ¼ final mərhələsinə vəsiqə qazanan klubun rəsmisi peşəkar futbol səhnəsinə atılmaq yönündə ciddi işlər gördüklərini bildirib:

«Uşaq futboluna diqqəti artırmışıq. 12-13 yaşlılarımız ölkə çempionatında mübarizə aparır.

Gələn mövsüm daha iki yaş qrupu üzrə komanda yaratmağı planlaşdırırıq.

Bilirik ki, Divizionda mübarizə aparmaq üçün AFFA-nın müəyyən tələbləri var. Onlarla tanışıq və fəaliyyətmizi də məhz bu istiqamətdə aparırıq.

Çalışırıq ki, bütün tələbləri yerinə yetirək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti