"Xəzər Lənkəran"ın futbol səhnəsinə qayıdışı – Vitse-prezident açıqladı

2 Aprel 2022 17:00 Region Liqası 1 602
"Xəzər Lənkəran"ın futbol səhnəsinə qayıdışı – Vitse-prezident açıqladı

«Xəzər Lənkəran» adıyla çıxış etmək bir arzudur, bu gün aktual deyil».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Xan Lənkəran»ın vitse-prezidenti Rəhman Abbasov deyib.

Region Liqasında debüt mövsümünü keçirən klubun rəhbər şəxsi «Xəzər Lənkəran»la birləşmək perspektivinin gündəmdə olmadığını bildirib:

«Bunun baş verməsi üçün müəyyən prosedurlar icra olunmalıdır. Düzdür, sabah nə baş verəcəyini deyə bilmərik, hələlik isə bu məsələ müzakirə mövzusu deyil.

Bilirik ki, cənublu azarkeşlər də bunu çox istəyir. Biz onların fikirlərini həmişə nəzərə alırıq.

Əvvəl komandamızın forması başqa rəngdə idi, sonra tərəfdarların müraciətini nəzərə aldıq, ağ-yaşıl rənglərə keçdik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti