AFFA-nın növbəti mövsüm I Divizionda iştirakına razılıq verdiyi «Araz Naxçıvan» yenidən təşkilatlanmağa başlayıb.
Muxtar Respublika təmsilçisi əsas komanda ilə yanaşı, uşaq futboluna da diqqət ayırmqdadır.
Akademiyanın direktoru postuna kimin gətiriləcəyi də dəqiqləşib. Bu, Adil Şükürovdur. Odur ki, o, «Turan Tovuz»un Futbol Akademiyasının baş koordinatoru vəzifəsindən ayrılmağı qərara alıb.
AFFA-nın gələn mövsüm Premyer Liqada iştirakına icazə verməsi gözlənilən əyalət təmsilçisində ikinci mövsümünü keçirən mütəxəssis 2 ay sonra bitəcək müqaviləsini uzatmamağı lazım bilib.
17 yaşlılardan ibarət yığmanın sabiq çalışdırıcı klub rəhbərliyi ilə görüşərək, Tovuzdan ayrılacağını diqqətə çatdırıb.
Adil Şükürov «Araz Naxcıvan»ın baş məşqçi postuna da namizəd idi. Bölgə klubu Rüfət Quliyevlə yanaşı, onunla da danışıqlar aparmışdı. AFFA birincinin təyinatına manne olmuşdusa, Şükürov qərar verməyə gec qalmışdı.
Onun fikirləşmək üçün bir neçə gün vaxt istədiyini öyrənən Azər Bağırov AFFA-nın Texniki direktoru Cahangir Həsənzadənin vasitəsilə özünü qabağa sala bildi, ayyarım çalışdığı «Səbail»nin əvəzedici komandasından gecə ilə ayrıldı.
SPORTİNFO.AZ

