Şəmkirli iş adamları yeni klub yaratmaq təşəbbüsü irəli sürdü

29 Mart 2022 23:59 Region Liqası 1 502
Şəmkirli iş adamları yeni klub yaratmaq təşəbbüsü irəli sürdü

Bir qrup şəmkirli iş adamı doğma rayonda yeni klub yaratmaq qərarına gəlib.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Rusiyada fəaliyyət göstərən biznesmenlər böyük futbolun Şəmkirə qayıtması yönündə məsləhətləşmə aparmaq üçün federasiyaya müraciət edib.

Təşəbbüs irəli sürən sahibkarlar qurumdan bəzi məsləhətlər alıb. Onların nəzərinə çatdırılıb ki, AFFA bu ideyanı dəstəkləyir və onu həyata keçirənlərə dəstək verməyə hazırdır.

Sadəcə, yaradılması istənilən klub öncə Region Liqasında mübarizə aparmalı, eyni zamanda, uzunmüddətli inkişaf layihəsi hazırlamalı və federasiyaya təqdim etməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti