Region Liqasının pley-off mərhələsinin ilk matçında “Şivanovka”nı 3:0 hesabı ilə udan “Xan Lənkəran” futbolçularını mükafatlandırıb.
Klubun prezidenti Pərviz Hüseynov oyunçuların hər birinə 250 manat ödəyib.
Cənub təmsilçisi bu həftə Qusarda keçiriləcək cavab qarşılaşmasında da qələbə qazanarsa, göstərilən məbləğdən iki dəfə artıq pul qazanacaq.
SPORTİNFO.AZ

