“Xan Lənkəran”dan 3, “Qusar”dan 8 qolluq qələbə

28 Mart 2022 00:40 Region Liqası 2 336
“Xan Lənkəran”dan 3, “Qusar”dan 8 qolluq qələbə

Region Liqasında pley-off mərhələsinin daha dörd oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsində bütün oyunları qələbə ilə başa vuran “Qusar” pley-offun ilk görüşündə “Ağstafa” ilə qarşılaşıb.

Kamran Əlibabayevin çalışdırdığı komanda qərbliləri meydana çıxmağa peşman ediblər. Şimallılar qonaqrın qapısından 8 cavabsız top keçiriblər.

“Astara” – “Füzuli” cütündə isə nominal qonaqlar qalib gəlib – 1:2. İlk yarıda astaralılar penaltidən yararlana bilməyiblər.

Qrşılaşma “Astara”nın ev oyunlarını keçirdiyi Rüdəkənarda yox, Binə stadionunda keçirilib.

Qrup mərhələsini 3-cü pillədə başa vuran “Ümid”i Mingəçevirə səfər gözləyirdi.

Oyundan əvvəl cütün favoriti kimi “Energetik” göstərilsə də cəlilabadlılar “işıqçılar”a müqavimət göstərə bilib. “Nur şəhəri”nin təmsilçisi öz meydanında “Ümid”lə qolsuz bərabərə qalıb.

“Xan Lənkəran” da doğma azarkeşlərini sevindirib. İbrahim Uzuncanın çalışdırdığı komanda “Şirvanovka”nı 3 dəfə meydanın mərkəzinə dəvət edib.

Ötən gün keçirilən qarşılaşmalarda “Ağsu Siti” “Karvan”ı 2:0 hesabı ilə yenib. “Cəbrayıl” isə səfərdə “İmişli”ni məyus edib – 5:1.
Region liqası, pley-off mərhələsi

27 mart
"Qusar" – "Ağstafa" 8:0
"Astara" – "Füzuli" 1:2
"Energetik" (Mingəçevir) – "Ümid" (Cəlilabad) 0:0
"Xan Lənkəran" – "Şirvanovka" 3:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti