«Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov «Xan Lənkəran»a mükafat vəd edib.
Türkiyədə yaşayan iş adamı Region Liqasında mübarizə aparan komandaya maddi-mənəvi dəstək olmağı lazım bilib.
Mənsimovun təyin etdiyi mükafat kifayət qədər yüksəkdir – 100 min manat. Bunun üçün cənub təmsilçisi mövsümü çempion titulu ilə başa vurmalıdır.
Qruppu birinci sırada bitirən «Xan Lənkəran» bu gün pley-off matçına çıxır. İbrahim Uzuncanın çalışdırdığı kollektiv bu mərhələdə «Şirvanovka» ilə qarşılaşır.
«Ağ-yaşıllar» Qusar təmsilçisini üstələyərsə, növbəti raundda «Astara» - «Füzuli» cütünün qalibi ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ

