Region Liqasinin pley-off mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, "Ağsu Siti" doğma meydanda "Karvan"ı qəbul edib.
Matç ağsuluların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ən bol qollu matçı İmişlidə keçirilib. Yerli komanda "Cəbrayıl"ı qəbul edib. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv matçdan 5:1 hesablı qələbə ilə ayrılıb.
Bu gün pley-off mərhələsinin ilk görüşləri çərçivəsində daha 4 matç keçiriləcək.

