“Etiraf etməliyəm ki, bu gün rəqibimiz daha güclü idi”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Estoniya millisinin məşqçisi Sander Post deyib.
Baş məşqçi Roman Kojuxovskinin yoxluğunda komandasını Azərbaycanla AVRO-2023-ün seçmə oyununa çıxaran mütəxəssis Sumqayıtdakı 0:3 hesablı məğlubiyyətə şərh verib:
“Bu, bizim də seçmə mərhələdə ən yaxşı oyunlarımızdan biri idi. İlk hissədə müdafiədə yaxşı oynadıq və rəqibə imkan vermədik.
Özümüz isə epizodlar yaratdıq. Təəssüf ki, yararlana bilmədik. Nəticələrimiz və durumumuz acı faktdır. Ən böyük problemimiz qol imkanı yaratmaq və vurmaqdır”.
Estoniya yığması seçmə mərhələdə keçirdiyi bütün oyunlarda quru hesabla uduzub.

