Lənkəranlı azarkeşlər “Xan”a bu cür sahib çıxdılar

25 Mart 2022 17:40 Region Liqası 1 132
Lənkəranlı azarkeşlər “Xan”a bu cür sahib çıxdılar

Həftəsonu Region Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

"Xan Lənkəran"ın rəqibi "Şirvanovka" FK (Qusar) olacaq. İlk qarşılaşma martın 27-də, saat 16:00-da “Xəzər Lənkəran” Mərkəzi Stadionunda təşkil ediləcək.

Cənub zonasının lideri olaraq pley-offa vəsiqə qazanan “Xan” daha bir yeniliyə imza atıb.

Yeni yaranan klub stadiona bilet satışına başlayıb. Sevimli komandalarına dəstək olmaq istəyən azarkeşlər bunun üçün 1 manat ödəyəcək.

Maraqlıdır ki, bu təşəbbüs elə yerli fanatlardan gəlib. Onlar klubun inkişafına tövhə vermək üçün stadiona girişin pullu olmasını istəyiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO