Region klubunun sponsor problemi həll olundu - TƏCİLİ

25 Mart 2022 16:00 Region Liqası 1 356
Region klubunun sponsor problemi həll olundu - TƏCİLİ

Region Liqasında mübarizə aparan “Energetik”in perspektivinə aydınlıq gəlib.

“Azərenerji”ASC-nin nümayəndələri bugünlərdə Mingəçevirdə olub, şəhərin futbol həyatı ilə yaxından maraqlanıb.

ASC-nin təmsilçiləri bu məqsədlə İcra Hakimiyyətinin məsul şəxsləri ilə görüşüb, klubun vəziyyətini masaya yatırıb.

Region klubunun sponsor problem həll olundu

Aparılan müzakirələr “Energetik”i sevindirib. Belə ki, “Azərenerji” uzun illərdir diqqət görməyən komandaya büdcə ayırmağı öz üzərinə götürüb.

“İşıqçılar” Region Liqasında uğur qazanarsa, şirkət klubun I Divizionda iştirakına da köməklik göstərməyə söz verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!